Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2018-ci il noyabrın 27-də elan olunmuş dövlət qulluğu üzrə müsabiqənin müsahibə mərhələsi davam edir.DİM-dən Azərtac-a bildiriblər ki, 11 dövlət orqanında dövlət qulluğu vəzifələrinin A (2 vəzifə) və B (64 vəzifə) növünə aid olan 66 vakant vəzifənin tutulması üçün elan edilmiş müsahibədə iştirak üçün qeydiyyat ötən il dekabrın 27-də yekunlaşıb və 235 nəfərin müraciəti qeydə alınıb. Yanvarın 24-nə olan məlumata görə, müsahibədə iştirak edən 20 namizəd seçdikləri vəzifələrə uyğun bilinib.Dövlət qulluğu üzrə müsabiqənin müsahibə mərhələsi yanvarın 28-də başa çatacaq.Xatırladaq ki, dövlət orqanları arasında ən çox vakant vəzifə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi (14 vəzifə) tərəfindən təqdim olunub. Ümumilikdə müsahibəyə çıxarılmış 66 vakant vəzifənin 1-i 4-cü təsnifata, 13-ü 5-ci təsnifata, 11-i 6-cı təsnifata, 41-i isə 7-ci təsnifata aid olmaqla, 2-si AB, 12-si BA, 52-si isə BB vəzifə qrupuna aiddir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…