Dövlət İmtahan Mərkəzi (DİM) bu il keçiriləcək imtahanlarda nəzarətçi qismində ilk dəfə iştirak edəcək, eləcə də təcrübəsi az olan və ya nəzarətçi kimi göstəriciləri qənaətbəxş olmayan müəllimlər üçün yanvarın 17-dən etibarən seminar məşğələlərə başlayıb.DİM-dən Azərtac-a bildiriblər ki, fevralın 5-dək davam edəcək seminarlar mərkəzin məsul əməkdaşları tərəfindən aparılacaq. Seminarlar respublikanın bütün şəhər və rayonlarında keçiriləcək və bu prosesdə 4.300-dək nəzarətçi-müəllimin iştirakı gözlənilir.Qeyd edək ki, “Nəzarətçilərin elektron qeydiyyatı” sistemində, ümumilikdə 14.888 nəzarətçi-müəllim haqqında məlumat var. Bazada qeydiyyatda olan, əvvəlki illərdə keçirilən imtahanlarda iştirak edən və göstəriciləri yaxşı olan digər müəllimlər üçün də builki imtahanlara təyinat aldıqdan bir neçə gün əvvəl seminar-məşğələlər təşkil ediləcək.Seminar-məşğələlərdə nəzarətçilərin imtahan prosesi ilə əyani tanışlığı məqsədilə imtahan texnologiyasına aid film nümayiş etdirilir. İmtahan prosedurlarının daha səmərəli izahını təmin etmək üçün seminar-məşğələlər 20-25 nəfərlik qruplarla keçirilir. Bu zaman real imtahanda tətbiq edilən sənəd və vəsaitlərdən istifadə edilir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…