Dövlət İmtahan Mərkəzi oktyabrın 28-də 2019-cu ilin qəbul imtahanı modelinə uyğun yeni təhsil proqramları (kurikulum) üzrə sınaq imtahanı keçirəcək.DİM-dən Azərtac-a bildirilib ki, sınaq imtahanında iştirakçılara 2019-cu ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının modelinə uyğun olaraq test tapşırıqları hər qrupda 3 imtahan fənni üzrə aşağıdakı kimi təqdim olunacaq:
I qrup | II qrup | III qrup | IV qrup |
Riyaziyyat | Riyaziyyat | Azərbaycan (rus) dili | Biologiya |
Fizika | Coğrafiya | Tarix | Kimya |
Kimya | Tarix | Ədəbiyyat | Fizika |
Abituriyentlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddət istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır.İmtahanın müddəti 3 saatdır. Tapşırıqların cavabları “cavab vərəqi”ində nəzərdə tutulan müvafiq yerlərdə qeyd olunur. İmtahanın sonunda cavab vərəqələri və cavab kartları şagirdlərdən təhvil alınır.Sınaq imtahanına qeydiyyat 16 oktyabr saat 10:00-dan 22 oktyabr saat 09:00-dək aparılacaqdır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…