Dövlət qulluğuna qəbulla bağlı müsabiqənin test imtahan mərhələsi noyabrda keçiriləcək.Azərtac xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurası sədrinin müavini Bəhram Xəlilov deyib.Onun sözlərinə görə, test imtahanından müvəffəqiyyətlə keçmiş namizədlərə sertifikatlar veriləcək. B.Xəlilov deyib: “Bu ildən Azərbaycanda dövlət qulluqçularının sertifikatlaşdırılması tətbiq ediləcək. Dövlət qulluğuna qəbul olunmaq istəyənlər test imtahanları verib müvafiq sertifikatlar alacaqlar. Bu, yenilikdir və ilk dəfə Azərbaycanda tətbiq olunacaq. Uğur qazanan şəxslər həmin sertifikatlara uyğun olaraq vakant dövlət qulluğu vəzifələrinə elan edilən müsahibələrə qatıla biləcəklər”.Bir çox dövlət qulluğu vəzifəsinin vakant olduğunu deyən B.Xəlilov vurğulayıb ki, test imtahan mərhələsində açıqtipli testlərdən istifadə ediləcək. Eyni zamanda, balların hesablanması qaydası dəyişib. Keçid balları vəzifədən asılı olaraq müəyyənləşdirilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…