Dövlət İmtahan Mərkəzi (DİM) Bakı və Sumqayıt şəhərlərində ümumtəhsil müəssisələrinin 6-cı siniflərinin şagirdləri üçün Azərbaycan (rus) dili və riyaziyyat fənlərindən monitorinq imtahanları keçirir.DİM-dən Azərtac-a bildiriblər ki, monitorinq imtahanlarında 49 məktəb əhatə olunub. Azərbaycan dili fənni üzrə 3 min 609, rus dili fənni üzrə 2 min 454, riyaziyyat fənni üzrə isə 3 min 635 şagirdin imtahanda iştirakı nəzərdə tutulub.Azərbaycan (rus) dili fənni üzrə imtahan 2 saat davam edəcək, ilk 1 saat 30 dəqiqə açıq tipli test tapşırıqlarının cavablandırılmasına, son 30 dəqiqə inşa (esse) yazılmasına ayrılır.Riyaziyyat fənni üzrə imtahan dekabrın 21-də keçiriləcək. İmtahan saat 10.00-da başlanacaq və 1 saat 30 dəqiqə davam edəcək.Qeyd edək ki, monitorinq imtahanlarının nəticələri şagirdlərin biliyinin qiymətləndirilməsinə hüquqi təsir göstərmir və yalnız təhsil sahəsində dövlət standartlarının təmin edilməsi üçün aparılan islahatların, o cümlədən yeni təhsil proqramlarının (kurikulumların) tədris prosesinə təsirinin müəyyənləşdirilməsi məqsədi daşıyır. Ümumtəhsil müəssisələrində bu imtahanlar dövlət vəsaiti hesabına təşkil olunur.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…