Ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin hamısı mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatlarında, tabeliyində olan qurumlarında və yerli təşkilatlarındadır.Dövlət İmtahan Mərkəzindən (DİM) Azərtac-a bildirilib ki, müsahibəyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 110, Kənd Təsərrüfatı Nazirliyində 43, Təhsil Nazirliyində 8, Dövlət Statistika Komitəsində 2, Maliyyə Nazirliyində 1 və Səhiyyə Nazirliyində 1, ümumilikdə 165 vakant vəzifə çıxarılıb.“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə uyğun olaraq, müvafiq dövlət orqanı üzrə ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulmasında həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəli dövlət qulluqçuları, habelə azı beş il qulluq stajına malik və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər.Ümumi müsahibədə iştirak etmək istəyən Azərbaycan Respublikası vətəndaşları sənədlərini martın 4-ü saat 18:00-dək DİM-ə şəxsən və ya poçt xidməti vasitəsilə təqdim etməlidirlər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…