Bu il oktyabrın 15-də elan edilmiş müsabiqənin müsahibə mərhələsi üzrə müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib.Dövlət İmtahan Mərkəzindən (DİM) Azərtac-a bildirilib ki, müsahibələrə 15 dövlət orqanı üzrə 60 vakant vəzifə çıxarılıb. Ümumilikdə 123 namizəd müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçib.Daha çox rəqabət Abşeron Rayon Məhkəməsində məsləhətçi-kompüter proqramçısı (1 vakant yer üzrə 29), Energetika Nazirliyinin daxili nəzarət şöbəsinin inzibati-təşkilati nəzarət sektorunda məsləhətçi (1 vakant yer üzrə 25), Təhsil Nazirliyinin təhsilin inkişafı proqramları şöbəsinin keyfiyyətin təminatı sektorunda aparıcı məsləhətçi (1 vakant yer üzrə 21) vəzifələri üzrə müşahidə edilib.Müsahibələrin dekabrın 6-dan 17-dək DİM-in inzibati binalarında həyata keçirilməsi planlaşdırılır. Müsahibələrdə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər daha ətraflı məlumatı DİM-in saytından əldə edə bilərlər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…