Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən vakant inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün mayın 22-də elan edilmiş ümumi müsahibədə qeydə alınmış namizədlərlə müsahibələrin keçirilmə qrafiki müəyyənləşib.DİM-dən Azərtac-a bildirilib ki, namizədlərlə müsahibələrin mərkəzin Bakıdakı inzibati binasında keçirilməsi nəzərdə tutulur. Müsahibələrin Azərbaycan Respublikası Hesablama Palatası, Energetika Nazirliyi, Təhsil Nazirliyi, Maliyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Şirvan Apellyasiya Məhkəməsi, Lənkəran Ağır Cinayətlər Məhkəməsi, Şabran Rayon Məhkəməsi üzrə elan edilmiş vakant vəzifələri əhatə etməklə iyulun 9-dan 19-dək aparılması planlaşdırılır.Ümumi müsahibəyə çıxarılan vəzifələr arasında daha çox rəqabət Hesablama Palatasının ümumdövlət xidmətlərinin auditi şöbəsi, ümumdövlət xidmətləri üzrə digər sahələrin auditi sektorunda məsləhətçi (bir vakant vəzifəyə 19 müraciət), Energetika Nazirliyinin insan resursları və dövlət qulluğu şöbəsi, dövlət qulluğu sektorunun müdiri (bir vakant vəzifəyə 14 müraciət) vəzifələri üzrə müşahidə edilir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…