2019/2020-ci tədris ili üçün rezidenturaya qəbul imtahanında iştirak etmək istəyən namizədlərin sənəd qəbulu internet vasitəsilə aparılır.Azərtac Dövlət İmtahan Mərkəzinin (DİM) saytına istinadla xəbər verir ki, fevralın 18-nə olan məlumata görə, qəbul imtahanında iştirak etmək üçün 217 nəfər (Azərbaycan bölməsi üzrə 198, rus bölməsi üzrə 19) ərizəsini təsdiqlədib. Ərizə qəbulu fevralın 14-dən başlanıb. Xatırladaq ki, rezidenturaya qəbul olunmaq hüququna Azərbaycan Respublikasında baza (əsas) ali tibb təhsili almış şəxslər, yaxud ali tibb sahəsində müəyyən edilmiş qaydada ixtisası nostrifikasiya edilmiş xarici ölkələrdə təhsil almış şəxslər malikdirlər. Baza ali tibb təhsili əsasında rezidenturaya qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı aprelin 7-də, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı isə iyulun 14-də keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…