Dövlət İmtahan Mərkəzi tərəfindən (DİM) martın 14-də elan olunmuş müsabiqənin müsahibə mərhələsinin keçirilmə qrafiki müəyyən edilib.DİM-dən Azərtac-a bildirilib ki, elan üzrə 9 dövlət orqanında inzibati dövlət qulluğu vəzifələrinə aid 41 vakant vəzifə üzrə 73 yer müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 360 namizədlə 505 müsahibənin keçirilməsi nəzərdə tutulur.Ən yüksək müsabiqə vəziyyəti Maliyyə Nazirliyinin Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinin inzibati-təsərrüfat sektorunda aparıcı məsləhətçi – proqramçı (1 vakant yer üzrə 95 namizəd) və Gəncə Şəhəri üzrə Maliyyə İdarəsinin xəzinə əməliyyatları sektorunda məsləhətçi – proqramçı-mühəndis (1 vakant yer üzrə 32 namizəd), Bakı Ağır Cinayətlər Məhkəməsində məsləhətçi – kompüter proqramçısı (1 vakant yer üzrə 27 namizəd) vəzifələri üzrə qeydə alınıb.Müsahibələrin aprelin 25-dən mayın 24-dək keçirilməsi nəzərdə tutulur. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibənin vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərlər.Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul olunmur, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır. Seçilmiş vəzifədən imtina etmək üçün müsahibələrin keçirilmə qrafikində öz adınızı seçib, şəxsi kabinetə daxil olmaqla müraciət formasında olan “İMTİNA” düyməsini sıxmaq lazımdır.Namizədlərdən müsahibə vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…