Azərbaycan Respublikasının vətəndaşlığına qəbul və bərpa edilmiş şəxslərin Dövlət Miqrasiya Xidmətində (DMX) təntənəli andiçmə mərasimi keçirilib.DMX-dən Azərtac-a verilən məlumata görə, Azərbaycan Prezidentinin sərəncamları ilə vətəndaşlığa qəbul edilən şəxslərin andiçmə mərasimində Xidmətin Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi Rza Talıbov bildirib ki, Azərbaycan Prezidentinin 2008-ci il 6 mart tarixli Fərmanına müvafiq olaraq, Dövlət Miqrasiya Xidmətinin vətəndaşlıq məsələlərində iştirakı təmin edilib. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli Fərmanına əsasən, şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətini müəyyənləşdirmək də bilavasitə DMX-nın vəzifəsi kimi müəyyən olunub.Tədbirdə son illər Azərbaycanda həyata keçirilən islahatlar nəticəsində əldə edilən uğurlardan, beynəlxalq birliyin bərabərhüquqlu subyekti kimi sabitliyin yüksək səviyyədə təmin edildiyi, multikultural dəyərlərin hakim olduğu, tolerantlıq nümunəsi sayılan respublikamızın dünyanın siyasi, iqtisadi və mədəni mühitinə verdiyi töhfələrdən danışılıb. Azərbaycanda yaşamaq, işləmək, təhsil almaq, xüsusilə respublikamızın vətəndaşı olmaq istəyənlərin sayının ildən-ilə artdığı qeyd olunub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Messi influenzato…
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
“Вниз по течению”…