Bakı Dövlət Universitetində (BDU) “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirilib.Azərtac xəbər verir ki, tədbirdə BDU-nun rektoru Abel Məhərrəmov rəhbərlik etdiyi ali məktəbin fəaliyyətindən danışıb.Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri M.Abbaszadə isə bildirib ki, qurumun əsas fəaliyyətlərində biri də dövlət idarəçiliyi sistemini inkişaf etdirmək, dövlət qulluğuna qəbulu mərkəzləşdirilmiş qaydada müsabiqə və şəffaflıq əsasında aparmaqdan ibarətdir.DİM-in hüquqi təminat və insan resursları şöbəsinin müdiri Vüqar Əsgərovun “Dövlət qulluğuna qəbulun Azərbaycan modeli” mövzusunda təqdimatı olub. V.Əsgərov Azərbaycanda dövlət qulluğuna qəbulun karyeraya əsaslanan sistemə uyğun qurulduğunu, dövlət qulluğuna qəbul mexanizmləri, yeni qaydalar, sertifikasiya sistemi və dövlət qulluğu siyasəti ilə bağlı DİM-in funksiyaları barədə məlumat verib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…