Dövlət Sərhəd Xidmətinin (DSX) 2017-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunan hesabat müşavirəsi keçirilib.DSX-nin mətbuat mərkəzindən Azərtac-a bildiriblər ki, müşavirədə Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov iştirak edib.Fuad Ələsgərov müşavirədə çıxış edərək həyata keçirilmiş struktur islahatlarından, Dövlət Sərhəd Xidməti qarşısında duran vəzifə və tapşırıqlardan danışıb.Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev müşavirədə hesabat məruzəsi ilə çıxış edib, silahlı birləşmələrin və digər struktur qurumların xidməti fəaliyyətini qiymətləndirib, 2018-ci ildə DSX qarşısında duran əsas vəzifə və tapşırıqları qeyd edib.Məruzədə bu ilin Azərbaycan Sərhəd Mühafizəsi üçün döyüş hazırlığının daha yüksək səviyyədə təmin olunması, dövlət sərhədinin toxunulmazlığının təminatı tədbirlərinin ardıcıl şəkildə davam etdirilməsi, dövlət sərhədinin əməliyyat və texniki yolla mühafizəsinin gücləndirilməsi, beynəlxalq sərhəd əməkdaşlığının genişləndirilməsi ilə əlamətdar olduğu bildirilib.Diqqətə çatdırılıb ki, dövlət sərhədinin mühafizəsinin təşkilində uğurların əldə edilməsi dahi öndər Heydər Əliyevin sərhəd mühafizəsi sahəsindəki ideya və düşüncələrinin əzmlə gerçəkləşdirilməsi, dövlət sərhədinin mühafizəsi məsələlərinə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ali diqqəti nəticəsində mümkün olub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…