Dövlət Statistika Komitəsinin nümayəndələri “Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə dəstək” Tvinninq layihəsi çərçivəsində iyulun 17-dən 23-dək Niderland Statistika Bürosunun təlimlərinə qatılıblar. Komitənin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, təlimlərdə Dövlət Statistika Komitəsinin sosial statistika şöbəsinin müdiri Elçin Hacı, əhali statistikası şöbəsinin müdiri Rza Allahverdiyev və komitənin iki əməkdaşı iştirak edirlər. Əsas məqsəd Sosial Müdafiə Statistikası üzrə Avropa Sistemi (ESSPROS) metodologiyası ilə tanışlıq və bu sistemin ölkəmizdə tətbiqi imkanlarının öyrənilməsidir. Niderlandlı mütəxəssislər tərəfindən Sosial Müdafiə Statistikası üzrə Avropa Sistemi metodologiyasının mahiyyəti, sistemin əsasları və Milli Hesablarla əlaqəsi izah ediləcək. Həmçinin ESSPROS-un modulları, əsasən də pensiya modulu haqqında ətraflı fikir mübadiləsi aparılmaqla üstünlükləri haqqında məlumat veriləcək. Sistemin qurulması üçün zəruri məlumatların toplanması üsulları və məlumat mənbələri haqqında müzakirələr də aparılacaq. Bundan əlavə səfər çərçivəsində bir sıra görüşlərin keçirilməsi də nəzərdə tutulub. Görüşlərdə Dövlət Statistika Komitəsinin nümayəndələrinin Azərbaycanda əlillik statistikasının strukturu, əldə olunan məlumatlar, onların mənbələri, məlumatların toplanması üsulları haqqında təqdimatları dinləniləcək. Bu sahə üzrə mövcud vəziyyət, məlumatlara olan zərurət, qarşıya çıxan problemlər və onların həlli üsulları da müzakirə ediləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…