Azərbaycanda ötən mövsümlə müqayisədə 2,3 dəfə çox pambıq tədarük olunub.Dövlət Statistika Komitəsindən Azərtac-a bildiriblər ki, yanvarın 16-dək qəbul məntəqələrinə 207 min 395 ton pambıq təhvil verilib.Xatırladaq ki, ölkədə pambıq istehsalı üzrə ən yüksək nəticə 1981-ci ildə əldə olunmuş, 1 milyon tondan çox pambıq yığılmışdı. Sonradan bu sahəyə diqqətin zəifləməsi pambıqçılıqda tənəzzülün yaranmasına gətirib çıxardı. Hazırda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı görülən tədbirlər çərçivəsində ənənəvi kənd təsərrüfatı sahələrinin, o cümlədən pambıqçılığın inkişafı ön plana keçib, bu sahəyə dövlət dəstəyi artırılıb. 2015-ci ildə 18 min hektarda çiyid səpilmiş, 35 min ton məhsul yığılmışdısa, 2016-cı ildə əkin sahəsi 51 min hektara, tədarük 89 min tona çatmışdı. Bu mövsümdə 136 min hektarda çiyid səpilib, 207 min tondan çox pambıq tədarük edilib. Pambıqçılığa dövlət dəstəyi tədbirlərinin davamı olaraq, növbəti mövsümdə pambığın alış qiyməti hər ton üçün 100-110 manat artırılacaq.Qarşıda isə daha böyük hədəflər dayanır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…