Bu ilin aprelin 1-nə tikinti sahəsində çalışan muzdlu işçilərin orta siyahı sayı 87,9 min nəfər təşkil edib.Dövlət Statistika Komitəsindən Azərtac-a verilən məlumata görə, onların 40,4 min nəfəri bina tikintisində, 24,1 min nəfəri mülki təyinatlı inşaat işlərində, 23,4 min nəfəri isə ixtisaslaşdırılmış tikinti işlərində çalışıb. İşçilərin 30,2 faizi dövlət, 69,8 faizi isə qeyri-dövlət tikinti müəssisələrində məşğul olublar.Tikinti sahəsində işləyənlərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,0 faiz artaraq 835,4 manata çatıb. Qeyri-dövlət sektorunda işçilərin orta aylıq nominal əməkhaqqı 970,8 manat, dövlət sektorunda isə 526,7 manat təşkil edib.Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə orta aylıq nominal əməkhaqqı binaların tikintisində işləyənlər üzrə 15,7 faiz, mülki təyinatlı inşaat işlərində çalışanlar üzrə 5,9 faiz artıb, ixtisaslaşdırılmış tikinti işlərində çalışanlar üzrə isə 14,4 faiz azalıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…