Qarşıdan gələn qış mövsümündə Bakıdan Misirə, Şarm əl-Şeyxə birbaşa çarter reyslər açılacaq.Azərtac-a Dövlət Turizm Agentliyindən verilən məlumata əsasən, bu, Azərbaycan tərəfindən mütəmadi həyata keçirilən ikinci belə reys olacaq. İlk belə reys Monteneqroya təşkil edilib. Uçuşlar həftədə bir dəfə cümə axşamı günü olmaqla 8 noyabr – 4 aprel tarixlərində “Paşa Holidays” şirkəti və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən həyata keçiriləcək.İki ölkə arasında birbaşa aviareysin açılması turist mübadiləsinin artmasına və turizm əlaqələrinin möhkəmlənməsinə təkan verərək işgüzar əlaqələrin inkişafı üçün də zəmin yaradacaq.Qeyd edək ki, beynəlxalq Şarm əl-Şeyx hava limanı turistlərə yerindəcə viza əldə etmək imkanı tanıyır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…