Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasında (ADFA) ilin yekunları müzakirə olunub. Tədbirdə Assosiasiyanın üzvü olan Azərbaycan Alpaqut, Uşu və Muay-Tay federasiyasının nümayəndələri, klubların rəhbərləri, məşqçilər və hakimlər iştirak ediblər.Azərtac xəbər verir ki, ADFA-nın prezidenti Azər Həsənsoy federasiyanın 2019-cu ili uğurla başa vurduğunu bildirib. Qeyd edib ki, uşu və muay-tay üzrə yığma komandalarımız bir çox turnir və çempionatlarında mühüm nailiyyətlər qazanıblar. Diqqətə çatdırıb ki, artıq 13 ildir ənənəvi uşu üzrə dünya çempionatlarının proqramına vinçun-tao, son üç ildə isə Avropa çempionatının proqramına vinçun–sanda yarışları daxil edilib.Federasiya prezidentinin sözlərinə görə, ölkəmiz üçün yeni olan alpaqutun inkişafı istiqamətində də bir sıra tədbirlər həyata keçirilib. Ötən ay Bakıda “Sərhədçi” İdman Olimpiya Kompleksində keçirilən alpaqut üzrə ikinci dünya çempionatında Azərbaycan komandasının uğurla çıxış edərək birinci yeri tutması böyük qələbədir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…