Döyüş növləri üzrə dünya çempionatı başlayacaq

24 Oktyabr 2017 12:11

Xəbər 800 dəfə oxunub

Oktyabrın 25-də İtaliyanın Karrara şəhərində döyüş növləri üzrə dünya çempionatı başlayacaq.Azərbaycan Uşu-sanda Federasiyasından Azərtac-a bildirilib ki, yarışda ölkəmizi 48 kiloqram çəki dərəcəsində yeniyetmələr arasında uşu-sanda üzrə ikiqat Azərbaycan çempionu Fətəli İsmayılov təmsil edəcək.Təmsilçimiz uşu-sanda üzrə yeniyetmələrdən ibarət yığma komandanın baş məşqçisi üçqat Avropa çempionu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş mükafatçısı Elçin Eminovun rəhbərliyi altında yarışa qatılacaq.Qeyd edək ki, çempionata oktyabrın 29-da yekun vurulacaq.xeber100.com