Döyüş növləri üzrə V Asiya Oyunları davam edir

27 Sentyabr 2017 11:46

Xəbər 842 dəfə oxunub

Aşqabadda qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunları davam edir.Azərtac-ın Aşqabada ezam olunan müxbiri xəbər verir ki, Oyunların sonuncu günündə – sentyabrın 27-də idmançılar boulinq, şahmat və tennis yarışlarında mübarizə aparırlar.Yarışın sonuncu günündə 7 dəst medal sahibini tapacaq.”Aşqabad-2017″nin medal sıralamasında Türkmənistan millisi liderliyini davam etdirir.Hesabında 89 qızıl, 70 gümüş və 85 bürünc medal olan Türkmənistan yığması birinci pillədə qərarlaşıb. İlk üçlüyü Çin (40-30-23) və İran (35-22-59) yığmaları tamamlayır.Qazaxıstan (28-28-38) dördüncü, Özbəkistan (24-33-73) beşinci, Tailand (21-20-29) altıncı, Koreya Respublikası (15-11-15) yeddinci, Qırğızıstan (13-20-37) səkkizinci, Vyetnam (12-7-19) doqquzuncu və Honkonq (10-11-14) isə onuncu pillədə yer alıb.İndiyədək 36 ölkənin idmançıları “Aşqabad-2017″də medal qazanıblar.Qeyd edək ki, qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunlarında 6 min atlet 21 idman növündə gücünü sınayır. Oyunlarda Asiya (45) və Okeaniya (19) ölkələrini təmsil edən 65 komanda, habelə qapalı məkanlarda və döyüş növləri üzrə Asiya Oyunları tarixində ilk dəfə Asiya Olimpiya Şurasının bayrağı altında çıxış edən qaçqınlar komandası mübarizə aparır.xeber100.com