Sentyabrın 17-də Türkmənistanın paytaxtı Aşqabadda qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunlarına start verilib.
Azərtac xəbər verir ki, Oyunlarda Asiya (45) və Okeaniya (19) ölkələrini təmsil edən 65 komanda, habelə qapalı məkanlarda və döyüş növləri üzrə Asiya Oyunları tarixində ilk dəfə Asiya Olimpiya Şurasının bayrağı altında çıxış edən qaçqınlar komandası mübarizə aparır.
“Aşqabad-2017”də 6 min atlet 21 idman növü üzrə yarışacaq.
Yarışların keçiriləcəyi 12 gün ərzində 347 mükafatlandırma mərasimi olacaq və atletlər 1844 medal uğrunda mübarizə aparırlar.Oyunlar 1,5 kvadratkilometr ərazini əhatə edən Aşqabad Olimpiya Şəhərciyində yerləşən 15 obyektdə, o cümlədən müasir standartlara cavab verən 13 yeni ultramüasir və əsaslı şəkildə yenidən qurulmuş 2 qurğuda keçirilir.
Yarışın ilk günündə idmançılar futzal, tennis və muay-tay yarışlarında güclərini sınayırlar.Oyunların açılış mərasimi bu gün 45 min tamaşaçı tutumu olan Aşqabad Olimpiya Stadionunda keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…