“Dünya azərbaycanlılarının palitrası” adlı kitab işıq üzü görüb. Apa-nın məlumatına görə, kitabda müəllifin 10 ildən artıqdır ki, diasporla bağlı müxtəlif KİV-də çap olunan 173 müsahibə yer alıb. Dünyanın müxtəlif ölkələrində yaşayan aktiv soydaşlarımızdan və həmvətənlərimizdən alınan bu müsahibələr müxtəlif vaxtlarda dərc olunub. Müəllif Fuad Hüseynzadə bildirib ki, kitabı araya-ərsəyə gətirməyi vətəndaşlıq borcu hesab edir: “Kitabda diaspor bir növ öz dilində danışır. Bu baxımdan kitab sanki canlıdır, döyünən ürəkdir. Azərbaycan diasporunun həm özüdür, həm də güzgüsüdür. Kitabın özəlliyi odur ki, burada ənənəvi bioqrafik və statistik məlumatlar verilməyib. Azərbaycan diasporunun qəribçilik hisləri, nisgili, vətən həsrəti, iradı, istəyi, təklifləri, perspektiv fəaliyyəti və s. yer alıb. Burada həm indi, həm keçmiş, həm də gələcəkdən danışılır. Ona görə də, sözügedən kitab Azərbaycan diasporunun dünənini, bu gününü və sabahını özündə ifadə etdirir”.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Messi influenzato…
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
“Вниз по течению”…