Dünya Bankı koronavirusun yeni növü (COVID-19) ilə mübarizə çərçivəsində inkişaf etməkdə olan 100 ölkəyə maliyyə yardımı göstərildiyini açıqlayıb.Azərtac xəbər verir ki, bank ölkələrin iqtisadiyyatını dəstəkləmək və səhiyyə sistemlərini gücləndirmək üçün mart ayından bəri rekord məbləğdə maliyyə dəstəyi ayrıldığını bildirib. Dünya Bankı COVID-19-la mübarizə üçün inkişaf etməkdə olan ölkələrə dəstək məqsədilə 15 ay ərzində 160 milyard dollar maliyyə yardımı ayırmaqla bağlı öhdəlik götürüb. Bu dəstək dünya əhalisinin 70 faizini özündə cəmləşdirən 100 inkişaf etməkdə olan ölkəyə çatdırılıb.“Epidemiya və inkişaf etmiş ölkələrdə iqtisadi fəaliyyətin dayandırılması 60 milyon insanı həddindən artıq yoxsulluğa vadar edə bilər. Bu, yoxsulluğun azaldılması istiqamətində indiyədək əldə olunan nailiyyətlərə zərbə vura bilər”, – deyə Dünya Bankının prezidenti David Malpass bildirib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…