Kənd təsərrüfatının inkişafı Azərbaycanda sənayedə yaranan zəifləməni kompensasiya edib. Dünya Bankının Şərqi və Mərkəzi Avropa üzrə hesabatında belə deyilir. Bu barədə AZƏRTAC-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.Hesabatda qeyd olunur ki, 2015-ci ildə kənd təsərrüfatı sahəsindəki 4,4 faiz yüksəliş, ölkə əhalisinin bu sahədə çalışan 38 faizinin gəlirlərini qoruyub saxlamağa səbəb olub. Bankın ekspertlərinin qənaətinə görə, milli valyutanın dəyərinin dəyişməsi yerli fermerlərə xarici rəqibləri ilə mübarizə aparmaqda kömək edib. Belə ki, yerli istehsal və xidmət sahələrinə diqqəti artırmaqla xarici istehsalçılara qarşı mübarizə aparmaq olar. 2016-2018-ci illər üçün proqnozlaşdırılan inkişaf göstəricilərində də Azərbaycanda kənd təsərrüfatı sahəsi diqqəti cəlb edir. 2016-cı ildə 4,2 faiz, 2017-ci və 2018-ci illərdə isə hər il 4 faiz olmaqla, yüksəliş gözlənilir. Proqnoza görə, Azərbaycan bu sahədə inkişafda Qafqaz ölkələri arasında birinci yerdə olacaq. Kənd təsərrüfatının artım faizi proqnozu ilə ölkəmiz hesabatın əhatə etdiyi Şərqi və Mərkəzi Avropa ölkələri arasında da ön yerlərdədir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…