Dünya birjalarında neftin qiyməti yenidən ucuzlaşa bilər.Azərtac xəbər verir ki, analitiklər bu fikirdədirlər. Onların fikrincə, neftin qiyməti gələn ilin ilk rübündə 50 dollar/barrelə qədər azala bilər.Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrin neft hasilatının azaldılmasına dair sazişin müddətini uzatmaları neftin qiymətinin sabit qalmasına imkan versə də, neft bazarındakı gözlənilməz sürprizlər də mübahisələr yaradır.“CNBC”yə müsahibəsində enerji mütəxəssisləri istehsaldakı artım proqnozu və artan geosiyasi risklərin təsiri ilə neftin qiymətdəki yüksəlişin 2018-ci ildə ilk rübünün sonunda azalmağa başlayacağını bildiriblər.“Longview Economics” araşdırma şirkətinin direktoru Harry Colvin deyib: “Qarşıdakı üç aylıq müddətdə neftin qiymətində ucuzlaşma yaşana bilər. Orta Şərqdə təzyiqin yüksəldiyinin şahid ola bilərik. Bu səbəblə qarşıdakı altı aylıq müddətdə neftlə əlaqədar həddindən artıq optimist proqnozlar vermək mümkün deyil”.H.Colvinin fikrincə neftin qiyməti 2018-ci ilin ilk rübünün sonunda 50 dollar/barrelə qədər geriləyəcək: “Hətta “qara qızıl”ın bir barrelinin qiymətinin 45 dollara düşməsi sürpriz olmayacaq”.“Citi Group”un eksperti Chris Main gələn ilin birinci rübünün sonuna qədər neftin bir barrelinin qiymətinin 57 dollara düşəcəyini proqnozlaşdırır.“PVM Oil Associates”in analitiki Stephen Brennock isə deyib: “2018-ci ilin ilk rübündə neftin qiymətini formalaşdıran əsas faktor geosiyasi proseslər olacaq. İran və Səudiyyə Ərəbistanı arasında artan gərginlik, eləcə də dünyanın ən böyük neft ehtiyatlarına sahib olan Venesueladakı borc böhranı neft bazarında sarsıntı yarada biləcək”.OPEC və bəzi qeyri-OPEC ölkələrinin birgə iş birliyi ilə neftin qiyməti 2015-ci ildən etibarən indiyədək təxminən 2,5 dəfə artaraq 65 dollar/barrelə yüksəlib. OPEC-in ötən ay keçirilən iclasında neft hasilatının azaldılmasına dair OPEC+ sazişinin müddətinin 2018-ci ilin sonuna qədər uzadılması qərara alınıb. Lakin neft nəhəngi ABŞ bu sazişə tərəf olan ölkələr sırasında deyil.Dünyanın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” 2018-ci ildə neftin qiymətinin 62 dollar/barrel ətrafında olacağını proqnozlaşdırır.Qeyd edək ki, Milad bayramı ilə əlaqədar Londonun ICE birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti dəyişməyərək 65,25 dollar, Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti isə 58,47 dollar təşkil edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…