Rusiyada keçirilən dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, qrup mərhələsində bu gün daha 3 oyun baş tutacaq.Günün açılış matçı G qrupu çərçivəsində olacaq. İlk görüşdə inamlı qələbə qazanan Belçika bu dəfə Tunisi sınağa çəkəcək. Avropalılar daha bir qalibiyyətlə 1/8 final mərhələsinə vəsiqəni böyük ölçüdə təmin edəcək. Ancaq tunislilər İngiltərə ilə matçda “asan yem” olmadıqlarını göstəriblər.Ardından F qrupundakı komandalar meydana çıxacaq. Əvvəlcə Meksika ilə Cənubi Koreya üz-üzə gələcək. İlk turda Almaniyanı məğlub edən meksikalılar bu görüşün də favoritidir.Günün son qarşılaşmasında isə Almaniya İsveç önünə çıxacaq. Daha bir məğlubiyyət son dünya çempionunun qrupda qalmasını rəsmiləşdirəcək.
Dünya çempionatı
Qrup mərhələsi, II tur
G qrupu
16:00. Belçika – Tunis
Baş hakim: Jair Marrufo (ABŞ)
Moskva. “Spartak” stadionu
F qrupu
19:00. Cənubi Koreya – Meksika
Baş hakim: Milorad Maziç (Serbiya)
Rostov. “Rostov Arena”
22:00. Almaniya – İsveç
Baş hakim: Şimon Marçinyak (Polşa)
Soçi. “Fişt” stadionu.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…