Dekabrın 9-10-da Bakıda “Sərhədçi” İdman Olimpiya Mərkəzində taekvando üzrə Qran-pri turnirinin final mərhələsi, dekabrın 12-13-də isə komandalararası dünya çempionatı keçiriləcək.Azərtac xəbər verir ki, Dünya Taekvando Federasiyasının və Azərbaycan Taekvando Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək beynəlxalq Qran-pri turnirinin finalında dünyanın reytinqli 16 kişi və qadın taekvandoçuları mübarizə aparacaqlar. Turnirin qalibləri 6 min dollar və 80 reytinq xalı, finalçılar 3 min dollar və 48 reytinq xalı, bürünc medala layiq görülən idmançılar isə 1000 dollar və 28.8 reytinq xalı əldə edəcəklər.Dekabrın 12-13-də keçiriləcək milli komandalar arasında dünya çempionatında isə səkkiz yığma yarışacaq.Dekabrın 11-də təşkil olunacaq qala gecə mərasimində isə ilin ən yaxşı taekvandoçusu, ən yaxşı məşqçisi, ən yaxşı hakimi və ən yaxşı milli federasiyası mükafatlandırılacaq.Taekvando üzrə Azərbaycan milli komandasının üzvü, “Rio-2016” Yay Olimpiya Oyunlarının çempionu Radik İsayevin də yer alacağı millinin heyəti yaxın günlərdə məlum olacaq.Qeyd edək ki, kişilərdən ibarət yığmamız ötən il Meksikada təşkil edilmiş dünya kubokunun qalibi olub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…