Beynəlxalq Futbol Federasiyası (FİFA) rəsmi saytında 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatı üçün talisman seçimi ilə bağlı kampaniyaya start verib. Azərtac xəbər verir ki, səsvermə müəllif namizədlərin təqdimatından sonra başlayıb. Mundialın rəmzi nişanəsinə dair müsabiqənin finalçıları canavar, pələng və pişik olacaq. Bunlar universitet tələbələri tərəfindən hazırlanıb. Sonradan müəlliflərin iştirakı ilə peşəkar animatorlar rəsmlərin üzərində iş aparıb. Müsabiqənin qalibi oktyabrın 26-da Rusiyanın 1-ci kanalı ilə canlı yayımlanacaq proqramda elan ediləcək. Xatırladaq ki, seçimin ilk mərhələsində talismana dair 10 variant təqdim edilib. Səsvermənin nəticəsində pəhləvan, uzaq-şərq bəbiri, simurq quşu, yadplanetli, kosmonavt, ayı və robot finalda yer almayıb. Rusiyada təşkil ediləcək 2018-ci il dünya çempionatı on bir şəhərdə olmaqla on iki stadionda keçiriləcək. Yarımfinal oyunları Moskva və Sankt-Peterburq, açılış mərasimi, start və final matçları isə paytaxtın “Lujniki” stadionunda oynanılacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…