Almaniyanın Hamburq şəhərində kişi boksçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisinin ilk medalı rəsmiləşib.Azərbaycan Boks Federasiyasından Azərtac-a bildirilib ki, ölkəmizə mükafatı 75 kiloqram çəki dərəcəsində yarışan Kamran Şahsurvalı qazandırıb.İki gün öncə yarımfinalda uduzan Olimpiya mükafatçımızın 3-cü yer tutacağı həmin vaxt dəqiqləşsə də, yalnız finaldan sonra rəsmiləşib. Belə ki, həlledici qarşılaşma yekunlaşdıqdan sonra həm qızıl və gümüş mükafatın sahibi bəlli olub, həm də bürünc qazananların medalı onların hesabına yazılıb.Boksçumuza mükafatı təqdim edənlər arasında Vladimir Kliçko da olub.Qeyd edək ki, 75 kiloqram çəki dərəcəsində çempion adına ukraynalı Aleksandr Xijniyak layiq görülüb. O, finalda qazaxıstanlı Abilxan Amankula qalib gəlib. Digər bürünc medalı isə Troy İsley (ABŞ) qazanıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…