Dünya çempionatında komandalara verilən pul mükafatlarının məbləği açıqlanıb

20 Dekabr 2022 15:37

Xəbər 372 dəfə oxunub

Futbol üzrə dünya çempionatında komandalara verilən pul mükafatlarının məbləği açıqlanıb. Argentina millisi Qətərdə keçirilən mundialın final oyununda qələbəyə görə Beynəlxalq Futbol Federasiyasından (FİFA) 41 milyon avro alıb. Çempionatın finalında oynadığı üçün Fransa komandası 29 milyon avro qazanıb. Yarışın ümumi mükafat fondu 429 milyon avro təşkil edib.