Dünya çempionatının 2021-ci ilin payızında keçiriləcəyi təsdiqlənib

26 Mart 2021 18:18

Xəbər 499 dəfə oxunub

Dünya Antidopinq Agentliyi (WADA) sambo üzrə dünya çempionatının 2021-ci ilin payızında Daşkənddə keçiriləcəyini təsdiqləyib.Azərtac xəbər verir ki, bu barədə Beynəlxalq Sambo Federasiyasının (FIAS) mətbuat xidməti məlumat yayıb.Qeyd edək ki, bundan əvvəl dünya çempionatının 2021-ci ilin noyabrın 16-18-də Moskvada keçirilməsi planlaşdırılmışdı. Daha sonra Ümumrusiya Sambo Federasiyası FIAS-a və Moskva meriyasına turnirin 2025-ci ilə qədər təxirə salınması xahişi ilə müraciət etmişdi.Daşkənddə keçiriləcək dünya çempionatı noyabrın 11-15-də baş tutacaq.xeber100.com