Dünya çempionatının Avropa üzrə seçmə mərhələsi çərçivəsində…

12 İyun 2017 13:57

Xəbər 728 dəfə oxunub

İyunun 11-də futbol üzrə dünya çempionatının Avropa üzrə seçmə mərhələsi çərçivəsində “D”, “G” və “I” qruplarında görüşlər keçirilib.Azərtac xəbər verir ki, azərbaycanlı futbolsevərlər üçün maraq doğuran qarşılaşma “I” qrupunda yer alan Türkiyə milli komandasının görüşü olub. Qardaş ölkə təmsilçiləri səfərdə Kosovo millisinə 4:1 hesabı ilə qalib gələrək çempionata qatılmaq yolunda vacib olan üç xalı qazanıblar. Türkiyə millisinin heyətində Volkan Şen (6), Cengiz Ünder (31), Burak Yılmaz (61) və Ozan Tufan (82) fərqləniblər. Ev sahiblərinin qolunu isə matçın 22-ci dəqiqəsində Əmir Rəhmani vurub.Bu qrupun digər oyununda Ukrayna yığması səfərdə Finlandiyanı 2:1 hesabı ilə məğlub edib. Növbəti oyunda isə İslandiya millisi doğma meydanda qrupun lideri Xorvatiya yığmasına son dəqiqədə vurduğu bir qol sayəsində qalib gəlib – 1:0.Bu turdan sonra İslandiya millisi qrup lideri ilə xalları bərabərləşdirib. Hər iki komandanın aktivində 13 xal olsa da, xorvatiyalılar top fərqinə görə liderliyi qoruya biliblər. Türkiyə millisi isə eyni xala (11) malik olduğu Ukrayna yığmasını top fərqində üstələyərək üçüncü sırada qərarlaşıb. Hər ikisi bir xal toplayan Finlandiya beşinci, Kosovo isə altıncı sıradadır.“D” qrupunda keçirilən hər üç görüş qollu heç-heçə ilə nəticələnib. İrlandiya–Avstriya (1:1), Moldova–Gürcüstan (2:2) və Serbiya–Uels (1:1) matçlarında qalib müəyyənləşməyib. Bu qrupda Serbiya və İrlandiya yığmalarının 12, Uels və Avstriyanın isə 8 xalı var. Gürcüstan 3 xalla beşinci, Moldova isə 2 xalla altıncıdır.“G” qrupuna liderlik edən İspaniya və İtaliya milliləri öz oyunlarını qələbə ilə başa vurublar. İspaniya yığması səfərdə Makedoniyanı (2:1), dördqat dünya çempionları isə doğma meydanda Lixtenşteyni (5:0) məğlub edib. Albaniya isə səfərdə İsrailin qapısından üç cavabsız top keçirib.İspaniya və İtaliya milliləri 16 xalla qrupa liderlik edirlər. Pireney təmsilçisi top fərqinə görə italiyalıları qabaqlayırlar. Albaniya və İsrail milliləri 9, Makedoniya yığması isə 3 xal toplayıb. Lixtenşteynin isə aktivində xal yoxdur.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02