Aprelin 27-də çimərlik futbolu üzrə dünya çempionatının final mərhələsinə start verilib.Azərtac xəbər verir ki, Baham adalarının paytaxtı Nassauda keçirilən çempionatda 16 komanda dörd qrupda mübarizə aparır.Mundialda FIFA-nın Asiya Futbol Konfederasiyası (AFC) 3, Afrika Futbol Konfederasiyası (CAF) 2, Şimali Amerika, Mərkəzi Amerika və Karib hövzəsi Konfederasiyası (CONCACAF) 2, Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) 3, Okeaniya Futbol Konfederasiya (OFC) 1, UEFA isə 4 komanda ilə təmsil olunur.Ev sahibi Baham adalarının komandası “A” qrupunda – İsveçrə, Ekvador və Seneqal yığmaları ilə eyni qrupda çıxış edir.“B” qrupunda Nigeriya, İtaliya, İran, Meksika komandaları yer alıblar.“C” qrupunda Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Paraqvay, Portuqaliya və Panama milliləri qarşılaşacaqlar.Sonuncu – “D” qrupunda isə Braziliya, Tahiti, Yaponiya və Polşa yığmaları üz-üzə gələcəklər.Dünya çempionatının final qarşılaşması mayın 7-də keçiriləcək.Xatırladaq ki, 2015-ci ildə Portuqaliyada keçirilmiş mundialda ev sahibləri Tahiti yığmasına 5:3 hesabı ilə qalib gələrək dünya çempionu adını qazanmışdı. Üçüncü yer uğrunda görüşdə isə Rusiya millisi İtaliyanı məğlub etmişdi – 5:2.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…