Dünya çempionatının növbəti oyunları keçirilib

25 Mart 2017 11:48

Xəbər 808 dəfə oxunub

2018-ci ildə Rusiyada təşkil olunacaq futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində martın 24-də Avropa zonasında növbəti matçlar keçirilib.Azərtac xəbər verir ki, beşinci turun ilk oyun günündə “I”, “G” və “D” qruplarında yer alan komandalar üz-üzə gəliblər.Azərbaycanlı futbolsevərlər üçün əsas maraq kəsb edən oyun “I” qrupunda Türkiyə və Finlandiya komandaları arasında qarşılaşma olub. Keçirdiyi dörd oyunda beş xal toplayaraq 4-cü pillədə qərarlaşan Türkiyə millisi mundiala vəsiqə qazanmaq imkanını əldə etmək üçün doğma meydandakı oyunda üç xal qazanmalı idi. Qardaş ölkənin komandası bu vəzifənin öhdəsindən layiqincə gəldi və rəqibini 2:0 hesabı ilə məğlub etdi. Finlandiya millisinin qapısına hər iki qolu oyunun 9-cu və 13-cü dəqiqələrində türkiyəli hücumçu Cenk Tosun vurdu.”I” qrupunun digər görüşlərində lider Xorvatiya millisi evdə ikinci sıradakı Ukraynaya 1:0, üçüncü mövqedəki İslandiya səfərdə sonuncu pillədə qərarlaşan Kosovo yığmasına 2:1 hesabı ilə qalib gəldi. Bu qarşılaşmalardan sonra qrupa beş oyundan 13 xal toplayan Xorvatiya millisi başçılıq edir. Aktivində 10 xalı olan İslandiya yığması ikinci yerə yüksəldi. Ukrayna və Türkiyə yığmaları səkkiz xalla üçüncü-dördüncü yerləri bölüşürlər.”G” qrupunun lider komandaları İspaniya və İtaliya yığmaları növbəti matçlarını doğma meydanlarında keçiriblər. Həmin kollektivlər İsrail və Albaniya milli komandalarından müvafiq olaraq 4:1 və 2:0 hesabı ilə üstün olublar. Makedoniya millisi isə Lixtenşteynə səfərdə 3:0 hesabı ilə qalib gəlib. Bu qrupun liderləri aktivlərində 13 xal olan və birinci-ikinci yerləri bölüşən İspaniya və İtaliya komandalarıdır.”D” qrupunda Serbiya Gürcüstanı səfərdə 3:1, Avstriya isə öz meydanında Moldovanı 2:0 hesabı ilə məğlubiyyətə uğradıb. İrlandiya-Uels görüşü heç-heçə başa çatıb – 0:0. Qrupda ilk pillədə hərəyə 11 xal toplayan Serbiya və İrlandiya komandaları qərarlaşıb.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02