Dünya çempionatının növbəti turunun oyunlarına start verilib

10 İyun 2017 08:07

Xəbər 807 dəfə oxunub

2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının seçmə qrup mərhələsinin növbəti turunun oyunlarına start verilib.Azərtac xəbər verir ki, iyunun 9-da “A”, “B” və “H” qruplarında, ümumilikdə, 9 oyun keçirilib.Turun mərkəzi oyunlarından biri “A” qrupunda baş tutub. İsveç millisi öz meydanında son Avropa çempionatının gümüş mükafatçısı Fransa yığması ilə qarşılaşıb və 2:1 hesabı ilə qələbə qazanaraq qrup liderliyini ələ keçirib. Bu qrupda Hollandiya millisi Lüksemburqu 5:0, Belarus isə Bolqarıstanı 2:1 hesabları ilə məğlubiyyətə uğradıb.“B” qrupunda son Avropa çempionu Portuqaliya yenə də qələbəyə sevinib. Portuqalların səfərdə Latviyanı 3:0 hesabı ilə məğlub etdikləri oyunda K.Ronaldo dubl edib. Qrupun lideri İsveçrə komandası səfərdə Farer Adaları millisi üzərində 2:0 hesabı ilə qalib gəlib. Qrupun sensasiyası isə Andorrada qeydə alınıb. Belə ki, Andorra komandası son Avropa çempionatının iştirakçısı Macarıstan yığmasını minimal hesabla məğlub edib -1:0.“H” qrupundakı oyunlar isə aşağıdakı kimi başa çatıb:Estoniya-Belçika – 0:2, Bosniya və Herseqovina-Yunanıstan – 0:0, Cəbəllütariq-Kipr – 1:2. Digər qruplarda növbəti oyunlar iyunun 10-da və 11-də keçiriləcək.xeber100.com