FIFA-nın Sürixdəki mənzil qərargahında qurumun İcraiyyə Komitəsinin iclası olub.Azərtac FIFA-nın saytına istinadla xəbər verir ki, əsas müzakirə edilən məsələ 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının püşkatma qaydaları olub.Qaydalara əsasən, bütün komandalar reytinqlərinə görə dörd səbətə bölünəcəklər. Hər səbət səkkiz yığma komandadan ibarət olacaq. Səbətlərə bölünərkən millilərin FIFA-nın oktyabr ayı üzrə dünya reytinq cədvəlindəki sıralaması əsas götürüləcək.Birinci səbətdə dünya çempionatının final mərhələsində iştirak etməyə vəsiqə qazanmış 32 komandadan ən yüksək reytinqə malik yeddisi və ev sahibi olaraq Rusiya yer alacaq. Beləliklə, A, B, C, D, E, F, G, H olmaqla səkkiz qrup formalaşdırılacaq ki, burada Avropadan iki, digər konfederasiyaların hər birindən yalnız bir komanda olacaq.Dünya çempionatının püşkatma mərasimi bu il dekabrın 1-də Moskvada keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…