Dünya çempionatının seçmə mərhələsi çərçivəsində

3 İyun 2017 12:33

Xəbər 726 dəfə oxunub

İyunun 2-də Bakı İdman Sarayında qadın voleybolçular arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində dördüncü günün ilk qarşılaşması Danimarka və Norveç voleybolçuları arasında oynanılıb.Azərtac xəbər verir ki, Norveç millisi görüşdən 3:1 hesablı qələbə ilə ayrılıb.Matçın ilk hissəsində danimarkalı voleybolçular 25:21 hesabı ilə qalib gəliblər. Lakin Norveç təmsilçisi oyunda dönüş yaratmağa nail olub. Belə ki, ardıcıl üç hissəni müvafiq olaraq 25:21, 25:23 və 25:15 hesablı üstünlüklə bitirən norveçlilər turnirdə ilk qələbələrini qazanıblar.xeber100.com