Türkiyə millisinin dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 2-də səfərdə Ukrayna, sentyabrın 5-də isə doğma meydanda Xorvatiyaya qarşı keçirəcəyi oyunlar üçün heyəti məlum olub.Azərtac Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, baş məşqçi Mirça Luçesku heyətdə “Barselona”nın yarımmüdafiəçisi Arda Turana da yer verib. Bununla da Fatih Terimin baş məşqçi olduğu zaman yığmada oynamaqdan imtina edən 30 yarımmüdafiəçi yenidən milliyə qayıdıb.Bundan başqa, rumıniyalı mütəxəssis Əmrə Bəlözoğlunu da yenidən milliyə dəvət edib.Beləliklə, heyətdə Cenk Gönen (“Malaqa”), Harun Tekin (“Bursaspor”), Volkan Babacan (“Başakşehir”), Kaan Ayhan (“Fortuna” Düsseldorf), Şener Özbayraklı (“Fənərbağça”), Çağlar Söyüncü (“Frayburq”), Mehmet Topal (“Fənərbağça”), Ömər Toprak (“Borussiya”), Serdar Aziz (“Qalatasaray”), Caner Erkin (“Beşiktaş”), İsmayıl Köybaşı (“Fənərbağça”), Əmrə Bəlözoğlu (“Başakşehir”), Selçuk İnan (“Qalatasaray”), Cengiz Ünder (“Roma”), Emre Mor “Borussiya”, Yusuf Yazıcı (“Trabzonspor”), Nuri Şahin “Borussiya”, Okay Yokuşlu (“Trabzonspor”), Ozan Tufan (“Fənərbağça”), Tolga Cigerci (“Qalatasaray”), Arda Turan (“Barselona”), Hakan Çalhanoğlu (“Milan”), Yunus Mallı (“Volfsburq”) Burak Yılmaz (“Trabzonspor”), Cenk Tosun (“Beşiktaş”) və Enes Ünal (“Vilyarreal”) yer alıblar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…