Bu gün futbol üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində sonuncu oyununu keçirəcək.Azərtac xəbər verir ki, millimiz Kayzerslautern şəhərindəki Frits Valter stadionunda Almaniya yığmasının qonağı olacaq.Oyunu latviyalı baş hakim Andris Treymanis idarə edəcək. Ona həmyerliləri Harald Qudermanis və Aleksey Spasyonnikov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Aleksandr Qolubev yerinə yetirəcək.Matçın hakim-inspektoru italiyalı Matteo Simone Trefoloni, komissarı isə belçikalı Jan-Fransua Kruk olacaq.Oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.Yığmamızın yer aldığı “C” qrupunda Almaniya 27 xalla qrup birincisi kimi növbəti mərhələyə vəsiqəni təmin edib. Şimali İrlandiya yığması 19 xalla ikinci, Çexiya 12 xalla üçüncü, Norveç 10 xalla dördüncü, eyni xala sahib Azərbaycan millisi beşinci pillədə qərarlaşıb. Hesabında xal olmayan San-Marino yığması isə sonuncudur.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…