Dünya çempionatının seçmə mərhələsi çərçivəsində

6 Sentyabr 2021 15:21

Xəbər 415 dəfə oxunub

Dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan–Portuqaliya oyununu idarə edəcək hakimlər müəyyənləşib.Matçı İtaliyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Marko Guida olacaq. Ona Filippo Meli və Alessandro Kostanzo kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fabio Mareska yerinə yetirəcək.Qarşılaşmanın VAR hakimi Marko Di Bello olacaq.Azərbaycan–Portuqaliya matçı sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək.xeber100.com