Dünya çempionatının seçmə mərhələsi çərçivəsində

11 Oktyabr 2021 19:55

Xəbər 322 dəfə oxunub

Dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş Polşa – San-Marino oyunu meydan sahiblərinin qapıçısı Lukaş Fabianski üçün əlamətdar olub.AZƏRTAC xəbər verir ki, 36 yaşlı qapıçı Polşa millisinin heyətində vida matçını keçirib. O, bu oyuna start heyətdə başlayıb və 67-ci dəqiqədə əvəzlənib. Qarşılaşma Polşanın 5:0 hesablı qələbəsi ilə başa çatıb.Hazırda İngiltərənin “Vest Hem” komandasının uğurları üçün çalışan Fabianski Polşa yığmasında 57 oyun keçirib. O, daha əvvəl ölkəsində “Lex” və “Legiya” klublarının, həmçinin İngiltərədə “Arsenal” və “Suonsi Siti”nin də formasını geyinib.xeber100.com