Dünya çempionatının seçmə mərhələsi çərçivəsində…

5 Oktyabr 2016 11:01

Xəbər 735 dəfə oxunub

2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində baş tutacaq Azərbaycan-Norveç futbol oyununun hakimləri açıqlanıb. Azərtac xəbər verir ki, “C” qrupunda keçiriləcək görüş israilli hakimlər briqadasına tapşırılıb. Matçın baş hakimi Liran Liani olacaq. Ona David Elyas Bitton, Nissan Davidi kömək edəcək. Dördüncü hakim funksiyasını isə Eytan Şmuelevitz yerinə yetirəcək. Onların işinə isə Lüksemburq federasiyasından Çarles Şaak qiymət verəcək. Qeyd edək ki, Azərbaycan – Norveç oyunu oktyabrın 8-də saat 20:00-da başlayacaq.xeber100.com