Futbol üzrə Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsi çərçivəsində Almaniya yığması ilə matçının məkanı dəyişdiriləcək. Gələn il martın 26-da Almaniya yığması ilə oyun Bakı Olimpiya Stadionunda keçirilməyəcək. Azərtac xəbər verir ki, bu barədə gənclər və idman naziri Azad Rəhimov məlumat verib. Nazir bildirib ki, həmin vaxt stadionda IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminə hazırlıq işləri gedəcək. “Almaniya ilə qarşılaşma üçün Bakı Olimpiya Stadionu qeydiyyatdan keçib. Biz istərdik ki, Almaniya ilə matç 68 minlik arenada keçirilsin. Bununla bağlı UEFA-ya müraciət etmişik. Lakin çox güman ki, qeydiyyat yerini dəyişib Tofiq Bəhramov adına Respublika Stadionunun adını verəcəyik. Oranın da ot örtüyü əla vəziyyətdədir”, – deyə nazir əlavə edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…