Dünya çempionatının seçmə mərhələsi çərçivəsində…

27 May 2017 21:14

Xəbər 774 dəfə oxunub

Kişi voleybolçulardan ibarət Azərbaycan yığması Fransanın Lion şəhərində dünya çempionatının seçmə mərhələsi çərçivəsində üçüncü oyununu keçirib.Azərtac xəbər verir ki, voleybolçularımız növbəti oyunda Ukrayna yığması ilə üz-üzə gəliblər.İtaliyalı baş hakim Fabrizio Pasqualinin idarə etdiyi oyunda Ukrayna millisi 3:0 hesabı ilə qalib gəlib.Qrup mərhələsi çərçivəsində millimiz Türkiyə və Almaniya yığmaları ilə qarşılaşıb və rəqiblərinə 0:3 hesabı ilə məğlub olub.Reqlamentə əsasən yalnız qrup qalibləri mərhələ adlayacaqlar. İkinci yerin sahibləri isə pley-off-da üz-üzə gələcəklər.Qeyd edək ki, 2018-ci ildə kişi voleybol komandaları arasında dünya çempionatına İtaliya və Bolqarıstan birgə ev sahibliyi edəcək.xeber100.com