Dünya çempionatının seçmə mərhələsi çərçivəsində ikinci oyun keçirilib

26 May 2017 11:53

Xəbər 1191 dəfə oxunub

Kişi voleybolçulardan ibarət Azərbaycan yığması Fransanın Lion şəhərində dünya çempionatının seçmə mərhələsi çərçivəsində ikinci oyununu keçirib.Azərtac xəbər verir ki, voleybolçularımız ikinci oyunda Almaniya yığması ilə üz-üzə gəliblər.Xorvatiyalı baş hakim Milan Raykoviçin idarə etdiyi oyunda Almaniya millisi 3:0 hesablı qələbə qazanıb.Millimiz ilk oyununda Türkiyə yığması ilə qarşılaşıb və rəqibə 0:3 hesabı ilə məğlub olub.Reqlamentə əsasən yalnız qrup qalibləri mərhələ adlayacaqlar. İkinci yerin sahibləri isə pley-off-da üz-üzə gələcəklər.Qeyd edək ki, 2018-ci ildə kişi voleybol komandaları arasında dünya çempionatına İtaliya və Bolqarıstan birgə ev sahibliyi edəcək.xeber100.com