Dünya çempionatının seçmə mərhələsinin dördüncü turu çərçivəsində…

11 Noyabr 2016 10:31

Xəbər 681 dəfə oxunub

Noyabrın 10-da futbol üzrə 2018-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin dördüncü turu çərçivəsində 9 qrupda 27 qarşılaşma oynanılacaq. Azərtac xəbər verir ki, mərhələnin birinci günündə “C”, “E” və “F” qruplarının bütün görüşləri, həmçinin “A” qrupunun bir qarşılaşması oynanılacaq. “C” qrupunun liderləri olan Almaniya və Azərbaycan milliləri səfərdə meydana çıxacaqlar. Millimiz komandamız Şimali İrlandiyanın, Almaniya isə autsayder San-Marinonun qonağı olacaq. Turun ikinci günündə “D”, “E” və “G” qruplarında matçlar keçiriləcək. Dünya çempionatının seçmə mərhələsinin dördüncü turunda aşağıdakı qarşılaşmalar oynanılacaq:

11 noyabr

“C” qrupu

23:45 Çexiya – Norveç

23:45 San-Marino – Almaniya

23:45 Şimali İrlandiya – Azərbaycan

“E” qrupu

21:00 Ermənistan – Monteneqro

23:45 Danimarka – Qazaxıstan

23:45 Rumıniya – Polşa

“F” qrupu

23:45 Slovakiya – Litva

23:45 Malta – Sloveniya

23:45 İngiltərə – Şotlandiya

“A” qrupu

23:45 Fransa – İsveç

12 noyabr

“D” qrupu

21:00 Gürcüstan – Moldova

21:00 Avstriya – İrlandiya

23:45 Uels – Serbiya

“G” qrupu

23:45 Lixtenşteyn – İtaliya

23:45 Albaniya – İsrail

23:45 İspaniya – Makedoniya

“İ” qrupu

21:00 Türkiyə – Kosovo

21:00 Xorvatiya – İslandiya

23:45 Ukrayna – Finlandiya

13 noyabr

“A” qrupu

21:00 Bolqarıstan – Belarus

21:00 Lüksemburq – Hollandiya

“B” qrupu

21:00 Macarıstan – Andorra

21:00 İsveçrə – Farer adaları

23:45 Portuqaliya – Latviya

“H” qrupu

21:00 Kipr – Cəbəllütariq

23:45 Belçika – Estoniya

23:45 Yunanıstan – Bosniya və Herseqovina

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02