Dünya çempionatının seçmə mərhələsinin ilk oyunları keçirilib

5 Sentyabr 2016 11:01

Xəbər 1064 dəfə oxunub

21-ci dünya çempionatının seçmə mərhələsinin Avropa zonası üzrə oyunlara start verilib. Apasport.az saytının məlumatına görə, UEFA-ya üzv olan 55 ölkədən 54-ü 13 vəsiqə uğrunda mübarizəyə başlayıb. 2018-ci ildə keçiriləcək mundialın ev sahibi olan Rusiyadan başqa əsas mərhələyə yüksəlmək üçün yarışacaq komandaların hamısı ilk turda meydana çıxacaq. Milli komandamızla bərabər C, E və F qruplarının bir neçə yığma əsas vəsiqə uğrunda mübarizəyə start verib. Bizim qrupumuzda Çexiya – Şimali İrlandiya qolsuz bərabərliklə başa çatıb. Norveç – Almaniya oyununda isə qonaqlar darmadağına seviniblər – 0:3. E qrupunda Polşanın Qazaxıstan, Monteneqronun isə Rumıniya səfərində qalib müəyyənləşməyib – uyğun olaraq 2:2 və 1:1. F qrupunda baş tutan Slovakiya – İngiltərə matçında britaniyalılar son saniyə qoluna seviniblər – 0:1. Litva – Sloveniya matçında tərəflər hərəyə bir xala razılaşıblar – 1:1.

DÇ-2018-in seçmə mərhələsi

Avropa zonası

C qrupu

San-Marino – Azərbaycan – 0:1

Çexiya – Şimali İrlandiya – 0:0

Norveç – Almaniya – 0:3

E qrupu

Danimarka – Ermənistan – 1:0

Qazaxıstan – Polşa – 2:2

Rumıniya – Monteneqro – 1:1

F qrupu

Slovakiya – İngiltərə – 0:1

Litva – Sloveniya – 2:2

Malta – Şotlandiya – 1:5