BMT-nin baş katibi Pan Gi Munun 14 noyabr – Dünya Diabet Günü ilə əlaqədar müraciəti yayılıb. BMT-nin Azərbaycandakı nümayəndəliyindən Azərtac-a verilən məlumata görə, müraciətdə diabetin bütün dünyada görmə qabiliyyətinin itməsinin əsas səbəblərindən biri olduğu bildirilir. Qeyd olunur ki, əsasən əhalinin yaşlanması və artıq çəkili insanların sayının artması səbəbindən diabet ildən-ilə daha çox yayılmış xəstəliyə çevrilir. Son 35 il ərzində diabet xəstələrinin sayı iki dəfə artıb. Ən çox artım az və orta gəlirli ölkələrdə baş verib. Hazırda 422 milyon insan diabetdən əziyyət çəkir. Bu xəstəlik ömür müddətini qısaldır və onunla mübarizə aparılmadığı təqdirdə əl və ya ayaq amputasiyası, iflic və ya böyrək çatışmazlığı kimi ciddi fəsadlara yol aça bilər. Diabet ailələrin büdcələrinə və ölkələrin iqtisadiyyatına mənfi təsir göstərir. BMT-nin baş katibi deyib: “Bu beynəlxalq gündə hamımızı “Diabeti gözdən qoymayaq!” mövzusuna uyğun hərəkət etməyə çağırıram. Diabetin profilaktikasına və səhiyyə xidmətlərinin gücləndirilməsinə daha çox diqqət yetirmək lazımdır ki, bu xəstəlikdən əziyyət çəkən hər bir insan ehtiyac duyduğu dəstəyi ala bilsin”.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…