Dünya evini fani qıldım, sən əbədi olasan deyə!

12 May 2017 13:36

Xəbər 2287 dəfə oxunub

Ey insan! Mən səni yoxdan var etdim. Sənə öz adlarımı öyrətdim. Səni sevdim. Yaratdıqlarımdan üstün qıldım. Səni elə sevdim ki, öz nəfəsimdən sənə bəxş etdim. Məxluqatı sənə səcdə etdirdim. Şeytan bu sevgini qısqandı və səni inkar etdi. Sənə olan məhəbbətimdən şeytanı əbədi əzaba düçar etdim. Şeytanın elmi, mənim sənə olan məhəbbətimə mane olmadı. Mən səni ayna, güzgü kimi öz cəmalımı müşahidə, seyr etmək üçün yaratdım. Səni dünyaya xəlifə, rəis, müəllim olaraq göndərdim. Kainatı sənin üçün yaratdım. Hətta onu müdam yaratmaqdavə təkamül etdirməkdəyəm. Zamanın axarını sənə elm və həyat olaraq bəxş etdim. Sənə nəfəs verdim! Öz nəfəsimdən! Sənə iki göz verdim, bir görəsən deyə! Sənə iki qulaq verdim, bir eşidəsən deyə! Gözəllik yaratmaq üçün iki əl, yerində sabit durasan və hər bir yeri dolaşıb araşdırasandeyə iki ayaq verdim! Başını yüksəklərdə qərar qıldım. Düşüncələrin yüksək olsun! Bir də Könülü sənə yar etdim ki, məni hiss edəsən! Məni sevəsən deyə! Mənim səni sevdiyim kimi!Səni hər yaratdığımda heç bir vaxt təkrar etmirəm. Nəfs olaraq ayrı- ayrı, fərqli-fərqli yaratdım. Məni tanıyıb biləsən, şəxs olasan deyə! Şeytanın qulu olmayasan amandır!Səni azad yaratdım.İradəni ixtiyarına buraxdım ki, sevgi ilə, eşqlə özün olaraq mənə gələsən. Dünya evini fani qıldım, sən əbədi olasan deyə! Çoxluq aləmində özümü zahir etdim ki, vəhdət aləmində məni tapasan deyə! Öz nurumu səmimiyyət ağacının zövq meyvələrində gizlətdim. Yalnız sən onların dadını biləsən! Yad əllər ona əsla uzanmasın deyə! Sənə olan eşqim səbəbi ilə öz varlığımı gizlətdim, səni bu aləmdə zahir etdim! Ancaq sənin vasitənlə özümü tanıtmaq istədim. Bu yolda ədəb-ərkanı belinə silah olaraq verdim. Yad düşmənlərdən qorunmaq üçün qalxan olaraq! Rəsulu Mustafanı Qurani Kərimlə sənə bir məktəb olaraq dost və köməkçi buyurdum! Mənə gəlişin asanlaşsın tez olsun, tam olsun deyə! Namazı məni düşünmən, anman üçün hədiyyə etdim sənə! Orucu mənim əxlaqımı dərk edəsən deyə sənə buyurdum! Mənim ehtiyacsızlığım sənə birazda olsa yoluxsun!Elə bir aydın, saf aynayam ki, mənə baxan ancaq öz əksini görər. Məni inkar edən özünü inkar etmiş olar! Məni yox bilmək mümkün deyil! Yoxluqda mənimdir! Mənim məkr və hiylə tərəfim məhəbbətimə mane olmaz! Çünki, bütün varlığımla hər bir şeyi sevirəm! Kəlamı ünsiyyət üçün var etmişəm! Məna aləminə açar olaraq! Mənim dilim bir başqadır… Səmimiyyəti olmayan onu bilməz!Şeytan kimi…Mələklərə dərs versə də bilməz! Mənim sevgimi bilməyəm dilimi haradan bilsin zavallı…Bilirəm səndə məni sevirsən, müxtəlif xəyal və arzu pərdələri arxasından…Amma mənim sevgim dosdoğrudur, mənfəətsiz sevirəm səni! Səni istəməyim arzu etməyim mənim yeganə mənfəətim, qazancımdır! Bunu özümə fəxr bilirəm!Sənin azadlığın mənim üçün hər şeydən dəyərlidir. Ələlxüsus ruh azadlığın. Arzuların səni əsir etməsin! Azad ol! Səni azad yaratdım..Mənəvi azadlığı, sevən qəlblər üçün halal etdim ki, ədalətim bərqərar olsun!Mən hər an səninləyəm, damarlarında axan qandan daha yaxınam sənə, bunu özümə zövq bilirəm, bəs sən, sən kiminləsən ey İnsan?!

 

İnsan və təfəkkür

  Sizinlə “İnsan” haqqında danışmaq istəyirəm. Sevən, sevilən, düşünən, qəzəblənən bağışlayan, xəyalları olan, qısqanan, fədakar olan, öyrənən, öyrədən, danışan, qulaq asan canlı bir varlıqdan.Hər birimizin mütləq özünə aid bir hekayəsi var.Kimimiz yüksək istedadından və etdiyi işlərdən, bəzilərimiz öz gözəlliklərindən, bir başqamız dindarlığından, igidliyindən söhbət açır. Bəzilərimiz zəmanənin çətinliyindən, insanların nankorluğundan,  pulun azlığından şikayət edir.  Hətta özündən şikayət edənlər də az deyil. Bəs görəsən bu qədər müxtəlifliyə malik olan insan mürəkkəb bir varlıqdı? Onun bu mürəkkəbliyi varlığındakı gizliliyə, müəmmaya dəlalət edərmi? İnsan öz fərdiyyətini öyrənməyə, bilməyə ehtiyacı var. Gizli olanı bilmək, özünü tanımaq, mürəkkəbdən sadəyə doğru gedə bilmək üçün təcrübədən keçirilmiş elmə möhtacıq. Balıq suya, uşaq anaya, bədən cana, söz mənaya, cahil kamilə, sevən sevgiliyə, canlı nəfəsə möhtac olduğu kimi...Gəlin bir anlığa düşünək. Biz həqiqətən kimə, nəyə möhtacıq?İstək və xəyallarımıza, ehtiras və vərdişlərimizəmi, yoxsa bu fani dünyada hər an bizi ayaqda tutub hərəkətlərimizə yön verən, bizi canlandıran birinəmi? Düşüncələrimiz, fikirlərimiz başqa- başqa yerlərdə olsa da bizdən bir an belə ayrılmayan bir varlıq var. Kimdir o?Söhbətimizin axarı, bizi “təfəkkür”ə götürürsə demək ki, öz varlığımızın gizliliyini bilmək üçün bir metod qazandıq. Mürəkkəbdən sadəyə, çoxluqdan təkliyə, zahirdən batinə doğru yol aldıq. Yəni fərdiyyətimizin mahiyətini öyrənməyə başladıq. Həm də iki qütblü bir varlıq olduğumuzu təcrübə yoluyla bildik; Bədən və Ruh.Davam edək, könül dünyamızı bütün düşüncələrdən təmizləyərək. Köçəri bir qonaq olaraq yaşadığımız ölümlü-itimli dünyanı buraxıb, sahibi olduğumuz əbədi dünyaya dönərək. Bizim kim olduğumuzu yalansız-palansız bizə güzgü kimi əks etdirən vicdanımıza dönərək!Sanki, evimizə “Əziz bir dost” gəlir... Məhəbbət və sevgiylə can evimizin qapılarını bu əziz qonağın üzünə açırıq. Minnətsiz və göstərişsiz olaraq.  Səmimiyyət və ciddiyyət əlləri ilə könül süfrəsi hazırlayırıq. Təslimiyyət və təvazöbarmaqlarıyla eşq nemətindən nəsiblənib, zövq dodaqlarıyla dadırıq.Əgər bu saflığa gəldiksə və ürəkdə bir olan varlığa məhəbbət, şövq yarandısa, demək Rəbbimizə möhtac olduğumuzu duyuruq. “İnsan olmağın” mənasını bilirik. Dünya gözümüzlə görə bilmədiyimiz, “könül aləminə” şahid oluruq.İnsan iki qütblü varlıqdır. Həm mənəvi həm də maddi tərəfi var. İnsan ruhən tərəqqi etdiyi ölçülər nisbətində bu maddi dünyada xoşbəxt və azad ola bilər. Yalnız iç dünyası təmiz və dərin olan insan özünə və ətrafına əsl mənada xeyir verə bilər. Dünyagir, həris insan nə özünü nə də başqasını xoşbəxt edə bilər. Müasir dünyanın bizə ərmağan etdiyi texnologiya və kompyuterləşmə əsri insanı da hardasamexanikləşdirib. Bu sürətli inkşaf insan mənəviyyatını elə həmin sürətlə də tənəzzülə uğratmaqdadır.Bəşəriyyət yaradılışından günümüzə gədər dərin və rəngarəng bir həyat təcrübəsi keçib. Bəşər övladı bu təcrübədə istər maddi, istərsə də mənəvi yol qət edərək müxtəlif formalarda təfəkkür metodları qazanıb.Çox vaxt mənəvi təfəkkür,insanın ictimai və sosial-mədəni inkışafında yeniliklər və canlanma yaradmasına təkan verib və bu gün də verməkdədir.Hər xalqın özünə məxsus düşüncə tərzi var. Bu düşüncə mexanizmləri həyatımızın hər bir sahəsində özünü göstərərək,cəmiyyətdə, ailədə və müxtəlif mühitlərdə bizləri mütləq hansısa bir prinsip əsasında yaşamağa vadar edər. Burada bir çox amillər mövcuddur və ən öndə gələni dini-milli irsdir. Daha sonra müasir dünyada hakim olan bəzi sosial-siyasi reallıqlardır, bu da özü özlüyündə zahiri formalar kimi əslində bir başa mənəvi təfəkkürə təsir edər. Müasir həyatın gətirdiyi normalar və bunların həyatda tədbiqi insan düşüncəsində istər pozitiv, istərsə də neqativ anlayışlar toplusu əmələ gətirər. Bəzi hallarda bu anlayışlar dini- milli ənənələrlə qarşıdurma yaradır, bəzən mənəvi təfəkkürə olan biganəliklə nəticələnərək, müasir insanı öz fərdiyyətini tanımamağa, “mənəvi tənbəlliyə” və sadəcə yemək, içmək kimi dünyəvi arzularla kifayətlənməyə sövq edər.İnsanın musiqidə, ədəbiyyatda,  rəssamlıqda və incəsənətin digər sahələrində ideal gözəllik axtarışı məhz onun yaradıcı təbiətinə görədir. Yalnız, insanın axtardığı ideal gözəllik və kamillik əslində kənarda deyil, onunla bərabərdir.“Nəfsini bilən rəbbini tanıyar”, “Mən sizə şah damarınızdan daha yaxınam” və ya “Mən heç bir yerə sığmaram, ancaq sevdiyim bəndənin könlünə, qəlbinə sığaram” deyən Uca Yaradan bizə məsələnin bu tərəfini göstərmişdir. İndi bir sual ortaya çıxar; necə olur ki, insan gözəl rəsim əsəri çəkmək üçün və ya hər hansı bir musiqi alətində peşəkar ifaçı olmaq üçün illərini sərf edib bu peşələri dərindən öyrənməyə can atar, bu peşələri bilən ixtisasçılara müraciət edər, lakin özünü və bu istedadı ona bəxş edən rəbbini dərk etməyə səy göstərməz.. Deməli, o bir aldanma içindədir!Hər bir elmin və hər bir sənətin bir yolu olduğu kimi, insan olmanın da bir metodu olmalıdır. Ədəb- ərkan, gözəl əxlaq xüsusiyyətləri insanda ancaq mənəviyyatla mümkündür. Bu mənəviyyatı bizə öyrədən çox dəyərli könül adamlarımız və onların ortaya qoyduğu bir təfəkkür sistemi var. Bu sistem özünü tanıma prosesindən başlayır. İnsan fərdiyyətinin heç kimə bənzəməyən mahiyyəti onu təkrar edilməz edir. Allah insanı özünə məxsus yaradıb və buna görə də fərd özünü axtarmalı və uca Yaradıcının, “Onu nə üçün?” yaratdığını dərk etməlidir.Türk-İslam mədəniyyətinin ən bariz nümayəndələri olan sufilər, övliyalar, dərvişlər, aşiqlər, alimlər, zahidlər və bir çox adlarla zikr olunan bu könül igidləri hər zaman yolumuza işıq tutmuş. Təsəvvüf mövzusunda müxtəlif səpkidə zəngin çalışmalar var. İstər sufiliyin tarixini ələ alan  əsərlər; bunlar əsasən “Zahidlik”, “Təriqətlər”, “Təsəvvüf” dövrləridir.  Sufilərin təfəkkürünü sistemli şəkildə təsvir edən, onların elm, həyat, kainat haqqında görüşlərini, izlədikləri yolların ədəb və ərkan qaydalarını anlatan əsərlər də yetərli dərəcədə mövcutdur.İslamın ilk dönəmlərindəsəhabələrQurani Kərimi Həzrəti Məhəmmədin nəzarətində öyrənib, həyatlarına tədbiq etdilər. Bu dönəmə (VII-VIII əsirlər) “Zöhd” və ya “Zahidlik” dövrləri deyilir. Məhəmməd peyğəmbərin təşəbbüsü ilə “Əhli Suffə” adlanan bir məktəbin fəaliyyət göstərməsi bu dövrə aiddir. Daha o zamanlar təsəvvüf sözünün yerinə, zöhd, təqva, kimi sözlər istifadə olunurdu. “Təsəvvüf “ sözünün hallandığı və sərbəst elm kimi fəaliyyət göstərməsi daha sonraki dövrlərdir(IX-X əsirlər). Hədis, Təfsir, Kəlam elmləri kimi onun da terminalogiyası, metodları işləndi və kitablara yazılmağa başladı.Təriqətlər dövrü(XII əsirlərdən), sufiliyin müxtəlif məktəblər şəklində fəaliyyətə başladığı dövrdür. İnsan fərdiyyətini, istedadını yaxından tanıyan və tədrisin təlimə keçirilməsinə xidmət göstərən bu məktəblər “insan yetişdirmə”prosesini həyata keçirirdi. Nəfs tərbiyyəsini əsas prinsip kimi qəbul edən təriqətlər “Mürşidlər” tərəfindən idarə olunurdu. Mürşid ədəb sahibi, təsəvvüf yolunun incəliklərini bilən, nəfsini tanıyıb başqalarına da mənəvi yolu göstərə bilən biri olmalıydı; Şəriət, Təriqət, Mərifət və Həqiqət məqamlarına malik olan bir şəxs.Yəsəvilik, Qadirilik, Rüfailik, Səfəviyyə, Hürufilik, Xəlvətiyyə, Bektaşilik və saysız adlarla meydana çıxaraq “insan mənəviyyatı”na xidmət etdilər. Bu məktəblər cəmiyyətin bütün sahələrinə təsir etdi. Ədəbiyyatda; “təkkə ədəbiyyatı-divan ədəbiyyatına”, Sosial-iqtisadi sahədə;“axilik”, “alpərənlik” cəmiyyətlərinin, siyasi sahədə; Səlcuq, Osmanlı və Səfəvi dövlətlərinin quruculuğu kimi işlərin səbəbkarı oldu.Nəticə olaraq deyə bilərik ki:İnsan mənəviyyatının inkşafetdirilməsi praktik və metodik məsələdir.Bu metodların, yaşanaraq, təcrübəylə əldə edilməsi və insandan insana təlim yollarıyla ötürülməsi, müəllim-tələbə əlaqəsinin vacibliyini göstərir.İnsan fərdiyyətinin ağıl, hiss və xarakterik tərəflərini nəzərə alan bu “məktəb” fərd şüurunun daha dərin qatlarına(könlünə, qəlbinə) təsir edər.Ümumi olaraq dini-milli irs, xüsusi olaraqsa “təsəvvüf” konseptində varlığını yaşadan metodlar toplusu, günümüz insanının mənəvi şəxsiyyətinin formalaşmasına kömək edə bilər. Əgər insan bilinən metodlar əsasında ağıl və duyğularını təcrübə yoluyla anlayıb inkşaf etdirirsə, onun şəxsiyyəti dar, çərçivəli, fani, ziyankar ideologiyalardan xilas olar...

May 25, 2017 16:06

Dünya evini fani qıldım, sən əbədi olasan deyə!

Ey insan! Mən səni yoxdan var etdim. Sənə öz adlarımı öyrətdim. Səni sevdim. Yaratdıqlarımdan üstün qıldım. Səni elə sevdim ki, öz nəfəsimdən sənə bəxş etdim. Məxluqatı sənə səcdə etdirdim. Şeytan bu sevgini qısqandı və səni inkar etdi. Sənə olan məhəbbətimdən şeytanı əbədi əzaba düçar etdim. Şeytanın elmi, mənim sənə olan məhəbbətimə mane olmadı. Mən səni ayna, güzgü kimi öz cəmalımı müşahidə, seyr etmək üçün yaratdım. Səni dünyaya xəlifə, rəis, müəllim olaraq göndərdim. Kainatı sənin üçün yaratdım. Hətta onu müdam yaratmaqdavə təkamül etdirməkdəyəm. Zamanın axarını sənə elm və həyat olaraq bəxş etdim. Sənə nəfəs verdim! Öz nəfəsimdən! Sənə iki göz verdim, bir görəsən deyə! Sənə iki qulaq verdim, bir eşidəsən deyə! Gözəllik yaratmaq üçün iki əl, yerində sabit durasan və hər bir yeri dolaşıb araşdırasandeyə iki ayaq verdim! Başını yüksəklərdə qərar qıldım. Düşüncələrin yüksək olsun! Bir də Könülü sənə yar etdim ki, məni hiss edəsən! Məni sevəsən deyə! Mənim səni sevdiyim kimi!Səni hər yaratdığımda heç bir vaxt təkrar etmirəm. Nəfs olaraq ayrı- ayrı, fərqli-fərqli yaratdım. Məni tanıyıb biləsən, şəxs olasan deyə! Şeytanın qulu olmayasan amandır!Səni azad yaratdım.İradəni ixtiyarına buraxdım ki, sevgi ilə, eşqlə özün olaraq mənə gələsən. Dünya evini fani qıldım, sən əbədi olasan deyə! Çoxluq aləmində özümü zahir etdim ki, vəhdət aləmində məni tapasan deyə! Öz nurumu səmimiyyət ağacının zövq meyvələrində gizlətdim. Yalnız sən onların dadını biləsən! Yad əllər ona əsla uzanmasın deyə! Sənə olan eşqim səbəbi ilə öz varlığımı gizlətdim, səni bu aləmdə zahir etdim! Ancaq sənin vasitənlə özümü tanıtmaq istədim. Bu yolda ədəb-ərkanı belinə silah olaraq verdim. Yad düşmənlərdən qorunmaq üçün qalxan olaraq! Rəsulu Mustafanı Qurani Kərimlə sənə bir məktəb olaraq dost və köməkçi buyurdum! Mənə gəlişin asanlaşsın tez olsun, tam olsun deyə! Namazı məni düşünmən, anman üçün hədiyyə etdim sənə! Orucu mənim əxlaqımı dərk edəsən deyə sənə buyurdum! Mənim ehtiyacsızlığım sənə birazda olsa yoluxsun!Elə bir aydın, saf aynayam ki, mənə baxan ancaq öz əksini görər. Məni inkar edən özünü inkar etmiş olar! Məni yox bilmək mümkün deyil! Yoxluqda mənimdir! Mənim məkr və hiylə tərəfim məhəbbətimə mane olmaz! Çünki, bütün varlığımla hər bir şeyi sevirəm! Kəlamı ünsiyyət üçün var etmişəm! Məna aləminə açar olaraq! Mənim dilim bir başqadır... Səmimiyyəti olmayan onu bilməz!Şeytan kimi...Mələklərə dərs versə də bilməz! Mənim sevgimi bilməyəm dilimi haradan bilsin zavallı...Bilirəm səndə məni sevirsən, müxtəlif xəyal və arzu pərdələri arxasından...Amma mənim sevgim dosdoğrudur, mənfəətsiz sevirəm səni! Səni istəməyim arzu etməyim mənim yeganə mənfəətim, qazancımdır! Bunu özümə fəxr bilirəm!Sənin azadlığın mənim üçün hər şeydən dəyərlidir. Ələlxüsus ruh azadlığın. Arzuların səni əsir etməsin! Azad ol! Səni azad yaratdım..Mənəvi azadlığı, sevən qəlblər üçün halal etdim ki, ədalətim bərqərar olsun!Mən hər an səninləyəm, damarlarında axan qandan daha yaxınam sənə, bunu özümə zövq bilirəm, bəs sən, sən kiminləsən ey İnsan?!  

May 12, 2017 13:36

Ziyarət

Avtobusun arxa oturacağında pəncərədən bayıra baxıb yolu müşahidə edirəm...Ətraf mühit qarışıq rəng çalarlarıyla gözümün önündən sürətlə ötüb gedir. Elə bil bu ağacların, binaların, insanların yanından keçən mən deyiləm. ...Bornovaya gedirəm, onu görməyə...Bir neçə dəfə onunla qısa bir söhbətimiz olmuşdu. İçimdə qəribə bir həyəcan vardı...Mənə elə gəlirdi ki, ziyarətinə getdiyim şəxs özü məni bu görüşə əvvəldən hazırlayır. O, məni məndən əvvəl ruhən ziyarət edib, iç dünyamı saflaşdırıb özünə doğru çəkirdi...Həyəcan dolu yol sona çatdı, soruşub öyrəndiyim ünvana doğru addımladığım zaman, birdən onun nurlu üzünü gördüm.Pəncərədən boylanıb həyətdə oynayan uşaqlara baxırdı. Məni gözləyirdi...Salamlaşdıq. Amma bu salamlaşma daha əvvəllər digər insanlarla olan salamlaşmaya bənzəmirdi. Qeyri-adiydi...Qəribə bir qorxu, hörmət və bitməyən sevgi varlığımı almışdı.. Bu halımın uçub gedəcəyindən qorxduğum üçün artıq bir şey düşünüb danışmaq istəmirdim. Qeyri-ixtiyari mənə yaxın olan masanın arxasında oturdum.O, rəfdən qəhvədan götürdü. Görünür ki, mənə türk qəhvəsinə qonaq etmək istəyirdi. Qəhvəni xüsusi bir zövqlə odun üzərinə qoydu, bir müddət gözlədi.Türklərdə belə bir deyim var, “könül söhbət istər, qəhvə bəhanə”...İçdiyim qəhvə mənə həyat şərbəti, kainatın sirrini içində gizlədən elm və hikmət suyu kimiydi. Hər qurtumumda yeni nəfəs, mənəvi canlanma duyurdum. Zaman dayanmışdı. O, zamanın axarını tutub əlində saxlamışdı. Elə bu anda ziyarətinə gəldiyim Burhan əfəndi təbəssümlə: –İstanbulda bir dostum vardı. O da hey susardı, – dedi.Mən başımı astaca yuxarı qaldırıb ona baxdım və gülümsədim. Yenə də dinməzcə başımı aşağı saldım. Bir müddət beləcə davam etdi... –Susmaq gözəldi, amma yerinə görə!– dedi o. Birdən bir neçə il əvvəl düşünüb cavabını tapa bilmədiyim suallar yığını üstümə çullandı. Dərin fikrə qərq oldum... İnsanın bu dünyaya gəlişinin məqsədi, onun Allaha olan sevgisi, insanın özünü axtarışı, eşqin həqiqəti, aşiqlik prosesindəki məcazi və ilahi eşqin fərqi və bir çox suallar idi bunlar. Xalq arasında “qara sevda”deyə zikr olunan, xəstəlik olaraq bilinən bu ruhani vəziyyət məni içəridən parçalayırdı. Öldürürdü məni! Kim bilir?! Bəlkə də, yaşadırdı, bəlkə,elə əsl həyat budu?! Unuda bilmirdim onu. Hətta ona qovuşsam da nə dəyişəcək ki!? Sevdiyim xəyaldırmı, yoxsa ruhdurmu? Elə zamanlar olmuşdu ki, sevdiyimin, istədiyimin o deyil, öz varlığım olduğunu hiss etmişdim, və hətta...Görəsən düşdüyüm bu vəziyyətə caib bir xəstəliyin yəni“qara sevda”nın simptomlarıdırmı? Hələ o zamanlar mənimlə rəssamlıq məktəbində oxuyan uşaqlarla “ilahi kasetləri” dinləyib musiqinin ecazkar halından, mənalı sözlərindən qidalanardıq. Hə, belə çıxır ki, qara sevda xəstəliyinə tutulan tək mən deyildim. Biz tək deyildik... Dostlarımdan biri(Şahin) məni Buzovnada yerləşən “Əliayağı” adlanan ziyarətgaha aparmışdı, hətta orada mənə namazı da öyrətmişdi...Şahinlə söhbətimiz yaxşı tuturdu. Sənətdən, mistik-dini fəlsəfədən danışardıq(“İncəsənətdən ibadətə” bu mövzu məni çox maraqlandırmışdı o vaxtlar).Söhbət əsnasında elə hey durmadan maraqlı insan olan rəssam Eldar(Eldar Şəfiyev)  haqqında danışardı...Sənətə və dinə məhəbbət onda vəhdət təşkil edirdi. Hətta deyilənə görə o hələ gənc tələbə vaxtlarında inanc yerimiz olan Baba dağında günlərlə ac-susuz qalıb öz iradəsini imtahana çəkmişdi. Amma son zamanlar yaxın dostlarlaməhz bu yerdə görüşüb söhbətləşərdi...Hə, bir də Əmircandakı evi...O,evinin qapılarınıbu cür söhbətlərə açmışdı... Quran oxunub ilahilər də söylənərdi orada.Nəsimi, Yunis Əmrə, Fizuli kimi dahilərindərin mənalı beytləri ətrafında söhbətlərin getdiyini də eşitmişdim. Elə rəssamlığın incəliklərindən, musiqidən də danışılardı. Bir sözlə, ürəkdən, səmimi, həm də maraqlı söhbətlər...Bir neçə il sonra gördüyüm heyrətamiz yuxu nəticəsində rəssam dostlarıma zəng elədim. Məni Əmircana dəvət elədilər. Çox gözəl bir gün yaşadıq.Oxuduğumuz dualar, ilahilərkönlümüzü aydınladıbbizləri əsrarəngiz bir aləmə aparırdı.Fani keçici dünyadan bizi əbədi, ülvi, olan bir varlığa aparardı...Cənnətin həqiqətini elə bu dünyadaca birlikdə yaşayırdıq. Əfsanəvi inancdan qopub canlı, hiss oluna bilən məna aləminə qərq olardıq...  Bu aləm necədə gözəldi! Bir araya toplanan insanlar zahirən fərqli təbiətə, fərqli peşəyə malik olsalar da aradakı ilahi sevgi onları birləşdirmişdi.“Mən”dən “biz”ə doğru çəkmişdi bizi. Səslənən Allah sədaları bir ürəkdən, bir könüldən təcəlli edirdi, çalınan dəfin ritmi, söylənən ilahilərin avazı, tək bir varlığı tərənnüm edirdi, o varlığı ki, bizdən ayrı deyil, canlıdı, zaman və məkan onun ixtiyarındadı. Nə gözəl dostur O! “Biz bu dünyanın insanı deyilik.Əbədi aləmdə üz-üzə baxacağıq, toplanacağıq, bir-birimizə nə qədər məhəbbətlə baxa bilsək, o qədər də gözəlliklərə ucala bilərik. Bu həyat burada bitməz, davam edər. Əsl həyat əbədidi! Ağıl bunu asanlıqla qəbul edib, həzm edə bilməsə də zaman insanı yetişdirib bu nöqtəyə gətirər. Heeey dost!”  sözlərinin sehrli məna nəfəsi bizi sarmışdı.Bunları ona danışıb bu şirin sükütü pozmaq yerinə düşərmi, düşməzmi heç onu da bilmirdim. Dilim, dodağım mənim ixtiyarımda deyildi. Birdən Burhan əfəndi məxməri və ürəyə yatımlı səslə dedi: –Bir insan sevdiyini gördüyü zaman sevinib, görmədiyi zaman unudarsa buna həvəs deyərlər. Bir insan sevdiyini gördüyü zaman sevinib, görmədiyi zaman hüznlənərsə, bu məhəbbət halıdır. Bir insan sevdiyini gördüyü zaman hüzünlü, görmədiyi zaman yenə də hüzn içindədirsə buna da eşq halı deyərlər.Bu sözlərdə necə də böyük hikmət var.Biz bir müddət bu minvalla oturub söhbət etdik...Onun yanından ayrıldığımda sehrli hava hələ də içimi sarmışdı. Qəlbimdə zümzümə etdiyim ilahi bir səda vücuduma yayılıb məni məndən almışdı. Artıq məni narahat edən bütün sualların cavabını öyrənmiş kimiydim. Xəyali təsəvvürün yerini həqiqi varlıq sevgisi doldurmuşdu. Burhan əfəndinin hazırladığı qəhvənin xoş dadı damağımda, içimdə də eşqin xoş havası əsirdi.Ruhumda səslənən lətif bir musiqinin ahənginə uyğun olaraq, əks səda verib bütün kainata səs salan “Səndən gəldik, sənə dönəcəyik” ayəsi bu havaya xüsusi bir nəfəs, qəribə bir zövq qatırdı...          

May 5, 2017 14:21