Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.Azərtac xəbər verir ki, onlayn formatda təşkil olunan tədbirdə ali qurumun Büro Üzvlərinin əsas müzakirə mövzusu dekabrda keçirilməsi nəzərdə tutulan dünya çempionatı olub.UWW-nin Büro üzvü, Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyevin də iştirak etdiyi iclasın yekununda mundialın təşkilinin mümkünsüz olduğu qənaətinə gəlinib. Buna səbəb dünya çempionatı üçün tələb 70 faiz iştirakçı limitinin dolmamasıdır. Koronavirus pandemiyası ilə əlaqədar olaraq, bəzi ölkələr dekabrın 12-dən 20-dək Serbiyanın paytaxtı Belqradda keçirilməsi planlaşdırılan dünya çempionatında iştirak etməyəcəyini bildirib. Bu üzdən İcraiyyə Komitəsi qərara alıb ki, həmin tarixdə yarışda iştirak etmək üçün müraciət edən ölkələrin komandalarının iştirakı ilə fərdi dünya kuboku yarışları keçirilsin. Belə ki, güləşin hər üç növü üzrə 10 çəkidə qaliblər kubokla təltif olunacaq.Qeyd edək ki, bu, güləş tarixində ilk belə yarış olacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…